25 Mart 2019 11:28
1 180
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqtonda Amerika İsrail Xalqla Əlaqələr Komitəsinin (AİPAC) illik toplantısı işə başlayıb.

Teleqraf.com xəbər verir ki, İsrailin ən böyük lobbi təşkilatı olan AİPAC-nin illik toplantısı 3 gün davam edəcək.
Toplantıda 10 mindən çox insanın iştirakı planlaşdırılıb.

Konqresin Demokrat və Respublikaçı fraksiyalarının dəstəklədiyi toplantıda ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması və Qolan təpələrinin İsrail torpaqları sayılması, habelə İsrailin təhlükəsizliyi məsələlərinin müzakirəsi gözlənilir.

O da bəlli olub ki, 2020-ci ildə keçiriləcək prezident seçkilərində Donald Trampın rəqibləri olacaq demokrat namizədlər toplantıya qatılmır.

Qeyd edək ki, 1950-ci illərdə ABŞ-da sadəcə kiçik lobbi qrupu kimi fəaliyyət göstərən AİPAC hazırda hər il Konqresə milyonlarla dollar hədiyyə verir.


Müəllif: Cavad

Oxşar xəbərlər