25 Mart 2019 14:56
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ilin iyul ayından bu yana Konqoda Ebola epidemiyası səbəbindən vəfat edənlərin sayı 564 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, Demokratik Konqo Respublikasının Səhiyyə Nazirliyi ebola epidemiyası ilə bağlı açıqlama verib.

Nazirlik qeyd edir ki, Şimali Kivu əyalətində ortaya çıxan və Ituri əyalətində yayılan epidemiya səbəbindən mindən çox xəstə peyvənd edilib. Bu şəxslərdən 944-də ebola virusu aşkar olunub.

2018-ci ilin iyulundan indiyə qədər Konqoda 564 şəxs ebola virusu səbəbindən vəfat edib, 59 nəfərin müalicəsi hazırda davam edir, virusa tutulan 321 nəfər isə müalicəni başa vurub.
Bu arada daha 65 nəfər qanama və qızdırmaya görə vəfat edib.

Qeyd edək ki, 2018-ci ilin avqustundan bu yana Konqoda ebola epidemiyasına görə, 100 minə yaxın insan peyvənd olunub.


Müəllif: Cavad

Oxşar xəbərlər