Fransanın Le-Man şəhərinin meriyası ticarət bayramının ləğvindən narazı olan ticarətçilərin iştirak etdiyi iğtişaşlar səbəbindən təxliyə edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə şəhərin meri Stefan Le Fol öz "Twitter" hesabında yazıb.
L.Fol bildirib: "Bu səhər yarmarka müdafiəçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalar baş verib. Meriya hər şeyi məhv etmək istəyən etirazçıların aqressiyasının obyektinə çevrildiyinə görə təxliyə edilib".
Daha əvvəl Fransanın Nazirlər Kabinetinin rəsmi nümayəndəsi olan L.Fol höküməti "bütün Le-Man sakinlərinin evi olan" meriyanın təhlükəsizliyini təmin etməyə çağırıb.