Terrorçular Suriyanın Hələb şəhərinin ətraf ərazilərini atəşə tutublar.
Teleqraf.com xəbər verir ki, bu barədə Suriyanın dövlət televiziyası xəbər verir.
Telekanalın məlumatına əsasən, terrorçular odlu silah və minaatanlardan Hələb Əl-Cadid (Yeni Hələb) ərazisini atəşə tutublar.
Hadisə nəticəsində ölən və yaralananlar barədə hələki məlumat yoxdur.
Qeyd edək ki, ötən həftə silahlıların Hələb şəhərinin Əz-Zəhra qəsəbəsində məktəb avtobusunu atəşə tutmaları nəticəsində iki uşaq həlak olub.