27 Mart 2019 16:50
892
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cində milyonda bir rastlanan bu hadisə dünyanı sarsıdıb. Çinin Xieman kəndində dünyaya gələn eyni yumurta əkizlərinin atalarının fərqli olduğu ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, uşaqların anasın onları DNT testi etdirmək məcburiyyətində qalıb. Nəticədə uşaqlardan birinin atasının qadının əri olmadığı ortaya çıxıb.

Şok olan adam "Fujian" qəzetinə verdiyi açıqlamada əkizlərin bir-birinə oxşamamasının uzun müddət onun diqqətini çəkdiyini söyləyib. “Əlbəttə ki, öz uşağımı istəyirəm, amma başqasının övladına baxmağı düşünmürəm” deyə, o, qeyd edib.

Qadın başqa biri ilə münasibətdə olduğunu gizlətməyib.

Tibdə adı “heteropaternal superfekondasyon” olan hadisəyə çox nadir rastlanılır. Qadının bətnindəki yumurtaların qısa müddət ərzində iki fərqli kişinin spermi ilə döllənməsi nəticəsində, doğulan uşaqların ataları fərqli ola bilər.
Bu, birdən artıq yumurtanın fərqli cinsəl münasibət nəticəsində döllənməsi mənasını verir. Heteropaternal isə yumurtaların birdən artıq kişinin dölləndirdiyini bildirir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər