29 Mart 2019 10:29
1 576
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ Ermənistandakı inqilabın mahiyyətini tamamilə dərk etmədi”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Erməni baş nazir ABŞ-ın rəsmi İrəvanın Rusiyayönümlü siyasət yürütməsi ittihamlarına cavab verib:

“ABŞ Ermənistandakı inqilaba cavab tapa bilmədi.

Bu barədə amerikalı rəsmilərə də bildirdim ki, Ermənistanda baş verənlərə sıfır reaksiya verdilər. Çünki ölkəmizin müstəqilliyinin bizim üçün önəmli olduğuna inanmırlar”.

Qeyd edək ki, ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Ermənistanın yeni hakimiyyətini rusiyayönümlü siyasət yürütməkdə ittiham edərək, İrəvanı ənənəvi xarici siyasətdən imtina etməyə çağırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər