30 Mart 2019 21:29
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Razılaşdırılmayan Breksitə mane olmaq üçün vaxtınız tükənir.

Teleqraf.com xəbər verir ki, İngiltərəyə bu xəbərdarlığı Almaniya hökumətinin xarici işlər naziri Heiko Mass edib.

Almaniya xarici işlər naziri Mass yazılı açıqlamasında bildirib ki, İngiltərə 12 aprelə qədər Breksit mövzusunu necə davam etdirəcəyi haqda qərar verməlidir. Əks halda anlaşılmaz Breksit reallaşacaq.

Zamanın tükəndiyini vurğulayan nazir əlavə edib ki, Breksit qərarından 2 il sonra İngiltərənin Avropa Birliyindən düzənli şəkildə ayrılması üçün anlaşmanın əldə edilməməsini heç kim başa düşməyəcək.

Xatırladıq ki, dünən Breksit anlaşması üçüncü dəfə İngiltərə parlamenti tərəfindən rədd edilib.


Müəllif: Cavad

Oxşar xəbərlər