Fransa Daxili İşlər Nazirliyi “sarı jiletlilər” aksiyasının 20-ci aktında 33 min 700 nümayişçinin iştirak etdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, “sarı jiletlilər”in öz hesablamalarına görə isə 102 min 713 insan nümayişə çıxıb. Parisdə 4 min nümayişçinin olduğu bildirilib.
Parisdə nümayiş etmək qadağan olunan məkanlarda 21 nəfərə qarşı protokol imzalanıb, 32 nəfər dindirilib.
Avinyonda polis və nümayişçilər arasında qarşıdurma olub, iki nümayişçi yüngül yaralanıb. Monpelye şəhərində isə iki polis yüngül xəsarət alıb.
Bu gün Fransada minlərlə müəllim də “Blanke qanun”una etiraz edərək nümayiş keçirib. Bəzi şəhərlərdə valideynlər, lisey və kollec şagirdləri də etiraz edən müəllimlərə qoşulublar.