İranın cənubunda yerləşən Xuzistan vilayətinin Dezful rayonunda kişi həyat yoldaşının ailəsini "Kalaşnikov" markalı silahla güllələyib.
Teleqraf.com-un məlumatına görə, bu barədə İranın Dezful rayonunun polis rəisi polkovnik Hüseyn Eydi məlumat yayıb.
Onun sözlərinə görə, hadisə nəticəsində 9 nəfər həlak olub, 1 nəfər isə yaralanıb: "Onlardan 7-si hadisə yerində, 2-si isə daha sonra xəstəxanada keçinib. Ailəni güllələyən şəxs özünü də öldürməyə cəhd edib, hazırda o, ağır yaralıdır".