1990-cı illərin məşhur “Vəhşi mələk” serialının ulduzu, argentinalı Natalia Oreiro “Unudulmaz” adlı qastrol səfəri çərçivəsində İrəvana gəlib.
Teleqraf.com xəbər verir ki, ifaçı aprelin 7-də nəzərdə tutulan konsertində populyar mahnılarını ifa edəcəyini söyləyib.
O, İrəvana ilk dəfə gəldiyini, Ermənistan haqqında məlumatlı olduğunu deyib.
Natalia Oreiro bildirib ki, Argentinada böyük erməni icması var: “Uzun tura görə çoxdandır ailəmi, həyat yoldaşım və uşaqlarımı görmürəm, çox şadam ki, biz nəhayət, burada görüşəcəyik”.