Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının təcili iclasını keçirib.
Teleqraf.com bildirir ki, bu barədə məlumatı Kremlin mətbuat xidməti yayıb.
Toplantıda İsrail baş naziri Binyamin Netanyahunun Moskva səfəri daxil olmaqla Suriyadakı vəziyyət ətraflı müzakirə edilib.
Həmçinin gələn həftə keçirilməsi gözlənilən Rusiya-Türkiyə Əməkdaşlıq Şurasının toplantısına dair fikir mübadiləsi də aparılıb.