9 Aprel 2019 20:58
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə martın 31-də keçirilən bələdiyyə seçkiləri zamanı İstanbulda saxtalaşdırma halları baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.

S.Soylu İstanbulun Böyük Çəkməcə bölgəsində bəzi seçicilərin yaşayış yeri barədə məlumatların saxtalaşdırılmasına dair iddialarına münasibət bildirərkən baş verən halı saxtakarlıq kimi dəyərləndirib: “Ortada cinayət əməli var. Seçkilərə yönələn dələduzluq və saxtakarlıqla üz-üzəyik”.

Saxtakarlığın əvvəlki bələdiyyə rəhbərinin yaxınları tərəfindən törədildiyini qeyd edən nazir buna hazırlığın uzun müddət ərzində aparıldığını bildirib: “350 nəfərə qarşı cinayət iddiası qaldırmışıq. Bu məsələ AKP-nin şikayəti əsasında ortaya çıxıb”, - deyən nazir bununla bağlı araşdırmaların hələ yanvar ayından başladığını diqqətə çatdırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər