10 Aprel 2019 09:53
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsraildə keçirilən erkən parlament seçkilərinin ilkin nəticələrinə görə, baş nazir Binyamin Netanyahunun sədri olduğu Likud Partiyası və Benny Qantzin liderlik etdiyi Mavi-Ağ İttifaqı bir-birinə yaxın səs toplayıb.

Teleqraf.com xəbər verir ki, həm Binyamin Netanyahu, həm də Qantz seçkilərdə qalib gəldiyini elan edib.

Qeyd edək ki, ilkin nəticələrə görə, İsrailin sabiq baş qərargah rəisi Qantzın liderlik etdiyi Mavi-Ağ İttifaqı parlamentdə 36-37, Binyamin Netanyahunun partiyası isə 33-36 mandat yeri əldə edəcək.

“Biz qələbə əldə etdik. İsrail xalqı sözünü dedi. Minlərlə fəala və bir milyondan çox seçicilərə təşəkkür edirəm. Bu seçkilərdə açıq qələbə qazanan və açıq uduzan tərəflər var. Netanyahu 40 deputat yeri söz verdi və məğlub oldu”, - Qantz deyib.

“Likud liderliyində sağ qanad bloku bir qələbə qazandı. İsrail vətəndaşlarına bizə güvəndiyi üçün təşəkkür edirəm”,-Netanyahu seçkidən sonra bəyan edib.

Fələstin Azadlıq Təşkilatının rəhbəri Saib Ureykat İsraildə keçirilən və nəticələri bəlli olan seçkilərlə bağlı fikrini açıqlayıb.

FƏT lideri Tvitter hesabında bildirib ki, növbədənkənar seçkilərin ilkin nəticələrinə görə, İsrail seçiciləri səslərini irqçi tərəfə veriblər. Fələstin məsələsində iki dövlətli həll modelini müdafiə edən İsrail partiyaları bu seçkilərdə qələbə əldə edə bilməyib. Onlar 120 nəfərlik İsrail parlamentində sadəcə 18 deputat mandatı qazana biliblər.


Müəllif: Cavad

Oxşar xəbərlər