Nazirlər Kabineti oktyabr ayında Rusiyaya qarşı sanksiyalar tətbiq etmək niyyətindədir.
Teleqraf.com-un Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin şərq sərhədlərinin bərpası ilə bağlı Kabinetin iclasında çıxışı zamanı baş nazir Arseni Yatsenyuk açıqlama yayıb. O bildirib ki, ümumi dəyən ziyan 80,3 milyard dollardır.
Baş nazir sanksiyaların bu məsələdə Rusiyanı dəstəkləyən rus vətəndaşları və qonaqlarına aid olacağını deyib.
A.Yatsenyuk avqustun 14-də Ali Radanın qəbul etdiyi sanksiyaların 20-dən artıq olduğunu qeyd edib və əlavə edib ki, bu qadağaların tərkibində enerji resursları və nəqliyyat sektoru üstünlük təşkil edir.
Baş nazir çıxışı zamanı Rusiyanın təcavüzünü müdafiə edən 172 fiziki, 65 hüquqi və bir sıra digər ölkələrin vətəndaşların yaxın zamanlarda Rusiyaya təhvil veriləcəyini bildirib.
Samir