Türk boksçunu Belçika hava limanında polis saxlayıb, 8 saat ərzində su və yeməkdən mərhum edilib, psixoloji və fiziki işgəncələrlə üzləşib.
Teleqraf.com xəbər verir ki, bunu türk boksçu Enes Rafiqin özü bəyan edib.
İdmançı bildirib ki, Belçikaya sərbəst daxil olmaq üçün yaşıl pasportunun olmasına baxmayaraq polis onu İordaniyaya göndərməklə təhdid edib.
Enes Rafiq vəkili vasitəsilə Belçika polisindən şikayət etdiyini bildirib.
Qeyd edək ki, Enes Rafiq Dünya Boks Çempionatı çərçivəsində bu gün Hollandiyada Xavier Hohlenlə hazırlıq çərçivəsində rinqə çıxmalı imiş. Pasport və lazım olan sənədlərə malik olmasına baxmayaraq Karleroi hava limanının polisləri onu ölkəyə buraxmayıblar:
“Məni hava limanında bir otağa apardılar. Daha sonra bir yerdə saxladılar. Ardınca avtomobilə mindirib Brüsselə göndərdilər. Gecəni orada saxlayıb səhər yenidən hava limanına gətirib Türkiyəyə deportasiya etdilər”.
İdmançının vəkili fateh Erkol isə deyib ki, polis müştərisinin əl-qolunu bağlayıb, fərqli fiziki və psixoloji işgəncələrə məruz qoyub, içməli su ilə təmin etməyib.
Vəkil əlavə edib ki, baş verən biabırçı hadisə ilə bağlı Avropa İnsan Haqları Məhkəməsində təzminat davası açacaqlar.