Sudan hakimiyyətin Hərbi Şuraya keçməsindən sonra bütün beynəlxalq, regional və yerli saziş və razılaşmalara əməl edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Sudanın Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Xatırladaq ki, Sudanın mudafiə naziri Avad ibn Auf aprelin 11-i ölkə prezidenti Ömər Əl-Bəşirin nəzarət altına götürüldüyünü və iki il müddətində ölkəni idarə edəcək Hərbi Şuranın yaradılması haqqında məlumat verib. Bundan əlavə o qeyd edib ki, ölkədə 2005-ci ilin konstitusiyası artıq qüvvədə deyil və ölkə ərazisində üç ay müddətinə fövqəladə vəziyyət elan edilir.