Həbs edilmiş güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisani Apellyasiya Məhkəməsinin çağırdığı iclasa buraxılmayıb.
Teleqraf.com xəbər verir ki, bununla məhkəmə fəala özünümüdafiə imkanı verməyib.
Abbas Lisani Apellyasiya Məhkəməsinə buraxılmadığı üçün məhkəmə iclası qiyabi olaraq keçirilib.
Fəalın vəkili Apellyasiya Məhkəməsinə müraciət edərək, buna etiraz etsə də, tələbi təmin olunmayıb.
Abbas Lisani 10 ay həbs cəzasına məhkum edilib. O, musiqçi Həsən Dəmirçinin dəfn mərasimindəki çıxışa görə “İran hakimiyyəti əleyhinə təbliğat aparmaq”da ittiham edilərək, azadlıqdan məhrum olunub.
Abbas Lisani yanvarın 15-də Təbriz İnqilab Məhkəməsində qiyabi olaraq çıxarılan məhkəmə hökmünə verdiyi etiraza baxıldığı zaman İranın Kəşfiyyat İşləri üzrə Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb.
O, hazırda Ərdəbil həbsxanasındadır.