15 Aprel 2019 16:33
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyinin stats-katibi – nazir müavini Qriqori Karasin Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri – İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Şafer, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiki qəbul edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, məsləhətləşmə zamanı danışıqlar prosesinin perspektivləri, həmçinin üç həmsədr ölkənin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində koordinasiyasının gücləndirilməsi müzakirə olunub.


Müəllif: Səxavət

Oxşar xəbərlər