3 Sentyabr 2014 22:29
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağıstanda bir qrup ovçunu qətlə yetirən silahlı şəxslər axtarılır.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, odlu silahla qətlə yetirilən 5 ovçunun meyiti Mahaçqalada meşə massivində tapılıb.

Hadisə yerində gülləbaran edilmiş "VAZ-2107" avtomobili də aşkarlanıb. Meyitlərdən biri avtomobilin içərisində, 4-ü isə ətrafında olub. Ölənlərin hamısının 35 yaşında olduğu bildirilir.

Onların meşədə gizlənən silahlılar tərəfindən qətlə yetirildiyi güman olunur.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Nihad


Müəllif: