Gürcüstan prezidenti Georgi Marqvelaşvili NATO-nun sabah və birisi gün Böyük Britaniyada keçirilən sammitində ölkəsinin bu quruma üzv qəbul edilməsini xahiş edəcək.
Teleqraf.com-un xəbərinə görə, Gürcüstan prezidenti bu barədə dünən bəyanat verib.
Londonda "Çatam Xaus" tədqiqat mərkəzində çıxış edən Marqvelaşvili əlavə edib ki, o, bu qərarın elə-belə qəbul edilmədiyini başa düşür.
Qeyd edək ki, bundan əvvəl sammitdə NATO-ya yeni üzvlərin qəbulu məsələsinə baxılmayacağını bildiriblər.
Nihad