Yunanıstan Baş naziri Aleksis Çipras Türkiyənin Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemləri almasına münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Çipras “ANT1” telekanalına müsahibəsində Türkiyəni nəzərdə tutaraq, “Qeyri-sabit qonşu istəmirik” ifadəsinə yer verib.
Yunan baş nazir Türkiyənin bu addımından narahat olduqlarını bildirib:
“Siyasi sabitliyi olan və problemlərin həlli üçün dialoqa hazır bir qonşu istəyirik. Türkiyənin başqa bir istiqamətə yönəlməsi ehtimalı bizi nrahat edir”.