17 Aprel 2019 13:17
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ruslar arasında İosif Stalin şəxsiyyətinə rəğbətin tarixi rekorda çatması sivilizasiyanın çox təhlükəli mutasiyasıdır.

Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Pavel Klimkin “Tarixi həqiqət” saytı üçün yazdığı “Kannibalizm üçün test” adlı məqaləsində bildirib.

“Sağlam cəmiyyət, normal insanlar onların on milyonlarla həmvətənini heç bir səbəb olmadan məhv etmiş tiran-paranoiki sevə, ona hörmət edə bilməz”, – deyə o yazıb.

Nazirin sözlərinə görə, sorğunun nəticələri Rusiya Federasiyasında Stalin kultunun möhkəmləndiyi təsdiq edir. Eyni zamanda o, 2019-cu ildə Rusiyada cəmiyyətin stalinçi olduğunu vurğulayıb və bunu öyrənilməsi lazım olan yeni reallıq adlandırıb.

P.Klimkin təkcə Ukraynanı deyil, bütün dünyanı bu fakta etinasız yanaşmamağa çağırıb. O əmindir ki, ruslar “zombi və qeyri-humanist” insanlara çevrilməyə başlayıblar. Çünki “tiran və qatil Stalin” onların xoşuna gəlir. Həmçinin, nazir “yaxşı ilə pisi ayırmağı tərgidən” Rusiya cəmiyyətinin deqradasiyaya uğradığını bildirib.

Qeyd edək ki, aprelin 16-da “Levada Sentr” sorğu mərkəzinin Rusiyada İosif Stalinin şəxsiyyəti və fəaliyyəti ilə bağlı keçirdiyi sorğunun nəticələri açıqlanıb. Sorğu Stalin şəxsiyyətinə rəğbət hissinin ruslar arasında tarixi rekorda çatdığını göstərib.


Müəllif: Səxavət

Oxşar xəbərlər