Bəhreyndə İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqədə olan 138 nəfər ölkə vətəndaşlığından çıxarılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Bəhreynin baş prokuroru Əhməd əl-Həmadi jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ölkədən çıxarılan qrup üzvləri istintaqda dindirilib:
“Onlar “Hizbullah” və SEPAH-la əlaqədə olmaqda ittiham ediliblər. 3 ildən ömürlük həbsə qədər məhkum olunublar. Məhkəmənin qərarı ilə müttəhimlərdən 69-u ömürlük həbsə məhkum edilib. Həmçinin axtarışda olan müttəhimlərdən 10-u qiyabi şəkildə mühakimə edilib”.
Qeyd edək ki, ABŞ rəsmi olaraq SEPAH-ı terror təşkilatı elan edib.