Perunun vəfat etmiş sabiq prezidenti Alan Qarsiyanın partiya yoldaşları onun dəfn mərasiminə gedərkən dəhşətli yol qəzasına düşüblər.
Teleqraf.com xəbər verir ki, qəza nəticəsində 6 partiya üzvü ölüb, 23 nəfər yaralanıb.
Hadisə bu gün yerli vaxtla səhər saat 04:00-da Limada baş verib.
Amerika Xalq İnqilabçı Alyansının nümayəndə heyətini daşıyan və içərisində 54 nəfər olan avtobus körpüdə maneəyə çırpılıb. Nəticədə 5 nəfər salondan çölə çıxaraq körpüdən aşağı düşüb.
Qeyd edək ki, 800 min dollarlıq mənimsəmə faktı ilə ittiham edilən sabiq Peru prezidenti Alan Qarsiya evində saxlanılarkən intihar edib. 69 yaşlı siyasətçi yataq otağında özünü başından silahla vurub. Dərhal xəstəxanaya çatdırılan Qarsiya bir neçə saat komada qaldıqdan sonra həyatını itirib.