20 Aprel 2019 10:10
1 478
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə ABŞ-ın “Patriot” təklifini qəbul etsə, təhlükəsizliyi ilə bağlı narahatlığı qalmayacaq”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Türkiyənin Adana şəhərindəki konsulu Alexandro Baez deyib.

Amerikalı diplomat “Konqresin Amerikaya qarşı olanları cəzalandırma qanunu var”, deyərək Türkiyəni təhdid edib:

“Biz “Patriot” raketlərinin satışı ilə bağlı yaxşı bir təklif verdik. Bu müddət ərzində Türkiyə bu təklifi qəbul etsə, təhlükəsizliyi ilə bağlı narahatlığı da qalmayacaq və NATO daxilində istifadə olunan bir sistem almış olacaq.

Dolayı yolla, bizimlə və ya ittifaq üzvləriylə, həmçinin “F-35”lərlə bağlı narahatlıq ortadan qalxacaq.

Dialoqlar davam edir və ümid edirik ki, “Patriot”lar “S-400”lərə alternativ olaraq seçiləcək. Əlbəttə, bu qərarı Türkiyə hökuməti verəcək. Amma yola “S-400”lərlə davam etsə, bunun hansı nəticələr doğuracağını da bilməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu