20 Aprel 2019 21:35
2 432
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidentinin Suriyadakı xüsusi nümayəndəsi Aleksandr Lavrentyev və xarici işlər nazirinin köməkçisi Sergey Verşinin dünən Ər-Riyadda Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləzizlə görüşdükdən sonra Dəməşqdə Suriya Prezidenti Bəşər Əsədlə görüşüb.

Teleqraf.com xəbər verir ki, Ər-Riyad və Dəməşqdəki görüşlərdə tərəflər Suriya böhranı ilə bağlı müzakirələr aparıblar.

Rusiya KİV-in iddiasına görə, Aleksandr Lavrentyev Səudiyyə kralının məktubunu Dəməşqdə olarkən Əsədə verib. Qeyd edilib ki, məktubda rəsmi Ər-Riyadın Suriya rəhbərliyi ilə əlaqələri yenidən bərpa etməyə hazır olduğu bildirilib.

Qeyd edək ki, Rusiya KİV-də bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında da barışığın əldə olunacağı bildirilmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər