21 Aprel 2019 19:40
2 146
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni partiya quracağı iddia olunan sabiq baş nazir Əhməd Davutoğlu Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun hücuma məruz qalmasına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Kılıçdaroğlu "acılarımızı təxribatlara alət etmək istəyənlərə izn vereməyəcəyik", deyə bildirib.

Davutoğlu Tviter hesabında paylaşdığı qeyddə bildirib ki, siyasi liderlər qütbləşdirici siyasi çıxışlardan uzaq durmalıdırlar.

O, Hakkari vilayətində şəhid olmuş hərbçilərdən birinin dəfn mərasimində CHP lideri Kılıçdaroğluna qarşı hücumu kəskin şəkildə pislədiyini deyib

Qeyd edək ki, Ankaranın Çubuk rayonunda şəhidin dəfn mərasimində iştirak edən Kamal Kılıçdaroğluna bir qrup şəxs hücum edərək ona zərbələr endirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər