ABŞ və İran nüvə proqramı ilə bağlı məsələləri müzakirə edəcək.
Teleqraf.com-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə açıqlamanı ABŞ dövlət departamentinin rəsmi nümayəndəsi Mari Xarf verib.
O bildirib ki, İsrail, ABŞ və bir sıra digər Qərb ölkələri İranı nüvə proqramının dinc məqsədlər adı altında hərbi işlərdə istifadəsinə cəhdə günahlandırır. Rəsmi Tehran bu ittihamları rədd edir və qeyd edir ki, onun nüvə proqramı istisnasız olaraq ölkənin elektrik enerjisinə olan tələbatının ödənilməsinə yönəlib.
ABŞ və İran nümayəndələri nüvə proqramına dair danışıqlar keçirmək üçün cümə axşamı Cenevrədə görüşəcək.
“Altılıq” dövlətlərin iştirakı ilə baş tutacaq görüşdə ikitərəfli məsləhətləşmələr aparılacaq və təhlükəsizlik məsələləri müzakirə olunacaq.
Nüvə danışıqlarının növbəti mərhələsi sentyabrın 18-də Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası ərəfəsində keçiriləcək.
Samir