ABŞ-ın Oklahoma ştatının sakini nəhəng balıq ovlayıb.
Teleqraf.com xəbər verir ki, o, “Missisipi zirehlisi”, yaxud “Alliqator durnabalığı” adlanan balığı ovlamağa müyəssər olub.
Uzunluğu 2 metr olan balığın çəkisi 77 kiloqram təşkil edib. Ovu sahilə gətirməyə ona iki dostu kömək edib.
Qeyd edilir ki, canlının ön hissəsi alliqatoru, arxa hissəsi balığı xatırladır. Canlıya Şimali və Mərkəzi Amerikada rast gəlinir. Onun maksimal çəkisi 130 kiloqram olur.
Ovçu Zaxari Satterfild yerli bioloqlara balığı öyrənməyə və vacib araşdırmalar üçün ondan nümunələr götürməyə icazə verib.