4 Sentyabr 2014 15:41
1 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsan Haqlarını İzləmə Təşkilatının (HRW) əldə etdiyi yeni dəlillərə görə, “İraq-Şam İslam Dövləti” iyun ayında İraq Tikrit yaxınlığında ələ keçirdiyi hərbi bazada 700 iraqlı əsgəri qətlə yetirib.

Teleqraf.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hesabatda “İŞİD”-in iyun ayında ABŞ-ın hərbi baza olaraq istifadə etdiyi Speicher düşərgəsinə hücum təşkil etdiyi və bu rəqəmin daha əvvəl açıqlanan ölü sayından bir neçə dəfə çox olduğu bildirilib.

HRW Məsləhətçisi Fred Abrahams bunu “İŞİD” tərəfindən aparılan dəhşətli kütləvi bir qırğın və insanlığa qarşı törədilmiş cinayət kimi qiymətləndirib.

Xatırladaq ki, “İŞİD” bu düşərgədə 1700 əsgər və hərbi personalın edam edildiyini açıqlayıb.

Samir


Müəllif:

Oxşar xəbərlər