24 Aprel 2019 14:52
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

21 dövlət ABŞ Prezidenti Donald Trampın Suriya ilə bağlı istəyini rədd edib.

Teleqraf.com xəbər verir ki, bu barədə nüfuzlu Wall Street Journal öz məqaləsində bildirib.

PKK-nın Suriya qanadı olan PYD/YPG-yə açıq dəstək verən Trampla bağlı məqalədə sensasion faktlar açıqlanıb.

ABŞ və digər ölkələrin yüksək çinli dövlət məmurlarına istinad edən “Wall Street Journal” iddia edib ki, ən azı 21 dövlət Suriya mövzusunda Trampa qarşı çıxıb. İŞİD-lə mübarizə apararkən terror təşkilatlarına dəstəyini əsirgəməyən Donald Trampın 21 ölkədəki rəsmilərlə müzakirələr apardığı vurğulanıb. Bu müzakirələrdə Trampın 21 ölkədən hərbi və logistik dəstək istədiyi açıqlanıb. Bu ölkələrin Trampın tələbini qəbul etmədiyi, bəzilərinin cüzi dəstək verəcəyi ortaya çıxıb. Rəsmi şəxslərlə iki mərhələli görüşlər keçirən Tramp administrasiyası Fransa, İngiltərə, Almaniya, Danimarka, Norveç, Avstriya və Belçika ilə yanvar ayında müzakirələr aparıb. İkinci mərhələdə isə müzakirələr 14 ölkənin rəsmiləıri ilə aparılıb. Bu ölkələrin hamısının Avropada yerləşdiyi qeyd olunur. Görüşlərdə ABŞ-ın hava dəstəyi, maddi yardım və digər məsələlərlə bağlı tələblərinin olduğu iddia edilir. ABŞ-ın ayrıca ərəb müttəfiqləri ilə əlaqəyə keçdiyi də iddia edilir.


Müəllif: Cavad

Oxşar xəbərlər