26 Aprel 2019 09:39
1 853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankara 19-cu Ağır Cəza Məhkəməsində HDP-ninn sabiq həmsədri Səlahəddin Dəmirtaş haqqında qaldırılmış cinayət işinin PKK terror təşkilatının təbliğatını aparmaq və ona dəstək verməklə bağlı epizodunda o, Abdulla Öcalana yönəlik "hörmətli", "kürd xalqının lideri" ifadələrini işlətməkdə ittiham olunur.

Teleqraf.com xəbər verir ki, Səlahəddin Dəmirtaş Qəndil və İmralıya 30 dəfə getdiyini, görüşdüyü terror liderinə "hörmətli" ifadəsi ilə müraciət etdiyi səbəbilə günahlandırdığını bildirib.

O, belə ifadələrin cinayət sayılmadığını və bundan peşiman olmadığını deyib.

Qeyd edək ki, HDP-ninn sabiq həmsədri Səlahəddin Dəmirtaş haqqında bir neçə maddə ilə cinayət işi açılıb və o, həbs olunub.


Müəllif: Mahir

Oxşar xəbərlər