2018-ci ildə Türkiyədə vəfat edən insanların 38,4 faizi qan dövranı sistemi xəstəliklərindən vəfat edib.
Teleqraf.com xəbər verir ki, Türkiyə Statistika Təşkilatı 2018-ci ilə bağlı ölüm səbəblərini açıqlayıb.
Bəlli olub ki, ötən il qardaş ölkədə 161 min 920 ölümə səbəb qan dövranı sistemi xəstəlikləri olub.
Vəfat edənlərin 19,7 faizi bəd xassəli şişlərdən, 12,5 faizi isə tənəffüs sistemində yaranan problemlər dünyasını dəyişib. 4,9 faiz insanın ölümünə sinir sistemi və duyğu orqanları xəstəlikləri səbəb olub. Endokrin, bəslənmə və metabolizm ilə əlaqəli xəstəliklərə görə, vəfat edənlər 4,8 faiz təşkil edib. Ölümlərin 4,4 faizi yaralanma və zəhərlənmələrlə əlaqəlidir.
Qeyd edək ki, qan dövranı sistemi qaynaqlı ölümlərin 39,7 faizini ürək xəstəlikləri təşkil edib.