27 Aprel 2019 16:57
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun yeni kadrlarının kimliyi açıqlanıb.

Teleqraf.com xəbər verir ki, Əkrəm İmamoğlu 1995-ci ildən bu yana bələdiyyədə işləyən Nuri Səid Yıldırımı İstanbul Bələdiyyəsinin dəftərxanasının müdiri təyin edib.

Buna qədər Yıldırım bələdiyyədə bir sıra vacib postlar tutub.

İmamoğlunun vəzifəyə gətirdiyi ikinci şəxs isə Nurten Uğursioy olub. 1982-ci ildən bələdiyyədə işləyən Uğursoy bundan sonra İstanbul Bələdiyyəsinin yazı və qərarlar idarəsinə rəhbərlik edəcək.

Bundan başqa, Murad Onğun İstanbul Bələdiyyəsinin mətbuat katibi vəzifəsinə təyin olunub.


Müəllif: Cavad

Oxşar xəbərlər