5 Sentyabr 2014 00:07
1 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO və Gürcüstan arasında yeni əməkdaşlıq paketi Alyansın demək olar ki, bütün üzv dövlətləri ilə razılaşdırılıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstanın müdafiə naziri İrakli Alasaniya bildirib.


“NATO həmçinin müdafiə silahlarının alınması və tədarükü məsələsində Gürcüstana yardım etməyə razılaşıb”, deyə nazir əlavə edib. Onun sözlərinə görə, Gürcüstanın Müdafiə Nazirliyi və Silahlı Qüvvələri yanında NATO-nun hərbi mütəxəssislərindən ibarət qrup fəaliyyət göstərəcək. Onlar yeni əməkdaşlıq paketi çərçivəsində razılaşmaların icrasını əlaqələndirəcəklər.


Müəllif:

Oxşar xəbərlər