30 Aprel 2019 14:13
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti Həsən Ruhani ABŞ-ın təzyiq və sanksiyalarına baxmayaraq ölkəsinin neft ixracatına davam edəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu bəyanatı Prezident Ruhani İran dövlət televiziyasında çıxışı zamanı deyib:

“Amerikanın İran neft ixracatını sıfıra çatdırmaqla bağlı qərarı xətalı qərardır. Biz bu qərarın həyata keçməsi və tətbiqinə imkan verməyəcəyik”.

Prezident canlı yayımda əlavə edib ki, növbəti aylarda amerikalılar İran neftinin ixracatının davam etdiyini görəcəklər.


Müəllif: Cavad

Oxşar xəbərlər