30 Aprel 2019 23:14
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın Aziz şəhərində Türkiyə Silahlı Qüvvələrinin karvanına PKK/YPG-PYD terrorçularının hücumu nəticəsində 1 hərbçi şəhid olub, 3-ü yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirlib.

Hadisə hərbçilərin Aziz və Afrin şəhərləri arasında yerləşən bazaya gedişi zamanı baş verib. Həmin baza Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birgə keçirdiyi “Fırat kalkanı” və “Zeytun budağı” antiterror əməliyyatları nəticəsində terrorçulardan azad edilib.

Türkiyə Ordusu hücuma cavab verib və terrorçuların Minnaq bölgəsindəki mövqeləri atəşə tutulub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər