Hindistanda 25 tələbə universitetə qəbul ola bilmədiyi üçün intihar edib.
Teleqraf.com xəbər verir ki, belə faciəvi olay Hindistanın Telanqana əyalətində qeydə alınıb.
Universitetə qəbul imtahanında uğursuz nəticə göstərən 25 gənc özünə qəsd edib. Qurbanlar arasında qəbul nəticələrini öyrəndikdən sonra özünü qatar altına atan və yandıran şəxslər də olub.
Qeyd edək ki, Hindistanda fevral-mart aylarında 1 milyondan çox gənc universitetə qəbul etmək üçün müraciət edib.
Onlardan 350 min nəfəri uğursuz olub.