Ermənistanın keçmiş başçısı Serj Sərkisyan Prezident Armen Sərkisyanla görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Joxovurd” qəzeti məlumat yayıb.
Nəşr görüşdə ölkə daxilindəki mövcud ictimai-siyasi vəziyyət müzakirə edilib:
“Əldə etdiyimiz məlumata görə, Serj Sərkisyan Armen Sərkisyanın vaxtilə onun rəhbərlik etdiyi hakim komandanın üzvü olmasına baxmayaraq, Paşinyan iqtidarını dəstəklədiyini bildirib. Keçmiş prezident buna görə Armen Sərkisyana etiraz edib.
Habelə Serj Sərkisyan Ermənistan prezidentinin onun masasına qoyulan bütün sənədləri imzaladığını bildirib və bu sənədlərin çoxunun qanunsuz olduğunu bildirərək ona etirazını çatdırıb.
O, eyni zamanda Armen Sərkisyanı insanların konstitusion haqlarını məhdudlaşdırmaqda ittiham edib”.