Venesuelada dünən qəzaya uğrayan hərbi helikopter və ekipaj üzvləri barədə məlumatlar yayılıb.
Teleqraf.com xəbər verir ki, hadisə nəticəsində dördü hərbçi və üçü mülki şəxs olmaqla 7 nəfər həlak olub.
Karakasda General Fransisko de Miranda Hava bazasından qalxan "Cougar" tipli helikopter dağlıq ərazidə düşüb.
Yerli medianın yazdığına görə, həyatını itirən əsgərlər prezidentin mühafizə xidmətinin hərbçiləri olub.
Hərbçilərin adlarının açıqlanmadığı və qəzanın baş vermə səbəblərinin araşdırıldığı bildirilir.