6 May 2019 07:05
466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın "Şeremetyevo" hava limanında baş verən təyyarə yanğınında ölənlərin sayı 41-ə çatıb.

Teleqraf.com-un məlumatına görə, bunu İstintaq Komitəsinin nəqliyyat üzrə Moskva Regionlararası İdarəsinin nümayəndəsi Yelena Markovskaya bildirib.

Daha öncə 13 nəfərin həlak olduğu bildirilirdi.

Hazırda bütün xilasetmə işləri başa çatıb.

Qeyd edək ki, dünən Moskvanın "Şeremetyevo" hava limanında "Sukhoi Superjet 100" təyyarəsində yanğın baş verib. Son məlumatlara əsasən, hadisə nəticəsində 13 nəfər həlak olub.

Göyərtəsində 78 nəfər olan təyyarə Moskvadan Murmanska uçurdu. "Şeremetyevo" hava limanında qəza enişi etdikdən sonra isə "Sukhoi Superjet 100" alışıb.

Təyyarənin ekipajı bildirib ki, yanğın təyyarəni ildırım vurduğuna görə baş verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər