ABŞ dövlət katibi Mayk Pompeo Avropa səfəri çərçivəsində Almaniyanın paytaxtı Berlinə edəcəyi səfəri təxirə salıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Alman Xəbər Agentliyi (DPA) yayıb.
Səfər başqa tarixdə həyata keçiriləcək.
Mayk Pompeo Avropa turu çərçivəsində Berlində Almaniya Kansleri Angela Merkel və xarici işlər naziri Heiko Maasla müzakirələr aparmalı idi.