Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçıların başçısı Bako Saakyan Ermənistanın baş prokuroru Artur Davtyana məktub yazıb.
Teleqraf.com xəbər verir ki, o, Şuşanın işğal edilməsinin 27-ci ildönümü ərəfəsində həbsdə olan keçmiş prezident Robert Köçəryanın sərbəst buraxılmasını xahiş edib.
O, məktubunda Köçəryanın hər il ildönüm ərəfəsində Qarabağa gəldiyini və Azərbaycan ərazilərinin ələ keçirilməsindəki xidmətlərini xatırladıb.
Bako Saakyan prokurordan xahiş edib ki, 9 may ərəfəsində Robert Köçəryanın Qarabağa gəlişini təmin etsin.
Qeyd edək ki, Robert Köçəryan 2008-ci il martın 1-də İrəvanda keçirilmiş dinc aksiyalarda iştirak edən insanlara odlu silahlardan atəş açmaq əmri verməkdə ittiham edilərək həbs olunub.