12 May 2019 14:15
2 796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur ilahiyyatçısı Nihad Hatiboğlunun İstanbulun Sultanəhmət Meydanından yayımlanan iftar proqramında 13 yaşlı erməni əsilli Artur adlı uşaq müsəlman olub.

Teleqraf.com xəbər verir ki, xristian olan Artur səhnəyə çıxaraq "Kəlmeyi-Şəhadət" gətirib. Nihad Hatiboğlu uşağın valideynlərindən razılıq aldığını deyib.

Artur adını da dəyişdirib Nihat qoymaq istədiyini deyib. Erməni uşaq auditoriyaya xitab edərək "İslamın dəyərini bilin" söyləyib.

Nihat Hatiboğlu cavabında "inşallah gələcəkdə Həccə də gedərsən" deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər