Türkiyədə Reyhanlı qətliamını planlayanlardan olan Yusif Nazikə 5min 306 il 6 ay həbs cəzası verilib.
Teleqraf.com xatırladır ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT)əməliyyatı ilə Suriyanın Lazkiyə şəhərində həbs edilərək Türkiyəyə gətirilən Yusif Nazikin məhkəmə qarşısına çıxarılıb.
Məlumat üçün əlavə edək ki, Hatay Reyhanlısında 2013-cü ilin 11 may tarixində terror hücumu zamanı 5-i uşaq olmaqla 52 nəfər öldürülüb, həmçinin 28-i uşaq olmaqla 130 nəfər yaralanıb.
Məhkəmə prosesi Ankara Ağır Cinayətlər Məhkəməsində aparılıb.