Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev ölkədə ikihakimiyyətliliyin olmayacağını bildirib.
Teleqraf.com xəbər verir ki, Astana İqtisadi Forumunda çıxışı zamanı təbəssümlə deyib:
“Görürsünüz, mən forumun spikeri üçün bir sıra narahatlıq yaradıram. Bu vəziyyətdə sizin əvvəlcə “birinci prezident”, sonra “prezident” deməyiniz lazımdır”.
N.Nazarbayev bir daha bəyan edib ki, Qazaxıstanda ikihakimiyyətlilik olmayacaq:
“Ölkənin bir prezidenti var və əsas odur. Biz hamımız onun üçün işləyəcəyik”.