6 Sentyabr 2014 21:58
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da işsizlik səviyyəs azalmaqda davam edir.

ANS PRESS-in məlumatına görə, bu barədə danışan ABŞ-ın vitse-prezidenti Co Bayden 54 ay ərzində durmadan iş yerlərinin artdığını deyib. Onun sözlərinə görə, Bu, Amerika tarixində iş yerlərinin durmadan artdığı ən uzun müddətdir.

Ağ Evin Amerika xalqına həftəlik müraciətini çatdıran Co Bayden deyib ki, iş yerlərinin artması yaxşı xəbərdir, amma bununla belə orta sinfə mənsub amerikalıların çoxu iqtisadiyyatın bərpasının təsirlərini hələ də hiss etmir.

Vitse-prezident Bayden bildirib ki, 2000-ci ildən başlayaraq, ümumdaxili məhsul 24 faiz, məhsuldarlıq isə 30 faiz artıb. Lakin buna baxmayaraq, orta sinfin maaşı yalnız 14 sent artıb.

“Orta sinfin bərpasına kömək etdiyi iqtisadiyyatın bərpasından bəhrələnə bilməsinin vaxtı gəlib çatıb”, -deyə Bayden bildirib. ABŞ-ın vitse-prezidenti vergi kodunun dəyişdirilməsinə və defisitin azaldılması üçün vergi sistemində çatışmazlıqları aradan qaldırmağa çağırıb.

Alyaska ştatından Senata respublikaçı namizəd Dan Sallivan partiyası adından həftəlik müraciədə federal hökumətin onun ştatında inkişafa mane olduğunu deyərək, bunu eyni zamanda milli miqyasda problem adlandırıb.


Müəllif:

Oxşar xəbərlər