21 May 2019 12:08
432
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa daxili işlər naziri Kristof Kastaner məşhur repçi Nik Konraddan “Gözəl ölkə” adlı mahnıya görə prokurorluğa şikayət edib.

Teleqraf.com xəbər verir ki, nazir müğənnidən nifrət və zorakılıq dolu ifadələrə yer verdiyi səbəbindən şikayətçi olub.

“Gözəl ölkə” mahnısının nəqəratında “Fransanı yandıraram, mənim uşaqlığımın keçdiyi gözəl ölkə” sözləri səslənir.

Klipdə qaradərili müğənninin ağdərili qadını boğmağa çalışdığı görüntüləri də ölkədə ciddi müzakirəyə səbəb olub.

Nazir bəyan edib ki, Nik Konradın nifrət saçan klipini heç kim qəbul edə bilməz.


Müəllif: Cavad

Oxşar xəbərlər