21 May 2019 14:04
1 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanı lərzəyə gətirən hadisə Nepalda bir dağ kəndində baş verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, maskalı şəxslər gecə saatlarında iki ailəyə birdən basqın edərək kütləvi qətl törədiblər.

Cəsədləri isə sabah qonşular tapıb. 9 nəfər öldürülüb, 12 yaşındakı bir qız isə yaralı şəkildə xilas ola bilib.

Hadisə ilə bağlı araşdırmaya başlanılıb.

Hadisənin baş verdiyi Miklajunq kəndi Nepal paytaxtından 400 kilometr aralıda, dağların qoynunda yerləşir. Kəndə çatmaq üçün azı 5 saat hərəkət etmək lazım gəlir.


Müəllif: Cavad