23 May 17:11
420

Avstraliya polisi keçən gün Mount Qambyer şəhəri yaxınlığına düşən bir meteoritin videogörüntüsünü yayımlayaraq, xalqa yadplanetlilərə qarşı diqqətli olması barədə yumorlu xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, polis qurumu hadisənin görüntüsünü sosial şəbəkədə yayımlayıb.

“Qambyer dağındakı təhlükəsizlik kamerası dünya xaricindən gələn “alov topu”nu qeydə alıb. Bölgə əhalisini yadplanetlilərə qarşı diqqətli olması və gördükləri təqdirdə yaxınlaşmaması barədə xəbərdar edirik”, - deyə açıqlamada bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu